İngiltərə Premyer Liqasının ilk dövrəsini məğlubiyyətsiz başa vuran “Liverpul” tarixində 3-cü dəfə startdakı 19 oyunda uduzmayıb.

Offsideplus.azxəbər verir ki, Premyer Liqada ilk dəfə belə uğura imza atan mersisaydlılar çempionatda sonuncu dəfə 31 il əvvəl belə nailiyyətə sevinmişdi.

1987/88 mövsümünün ilk 19 turunda uduzmayan "qırmızılar" sonda da çempion olmuşdu. Komandanın ilk belə startı isə 1949/50 mövsümündə gerçəkləşib.

Lakin 69 il əvvəlki yekun yaxşı alınmayıb. İlk 19 turda uduzmayan “Liverpul” çempionatı 8-ci yerdə başa vurub.