Astarada 17 yaşadək güləşçilər arasında ölkə birinciliyi start götürüb.
Offsideplus.az xəbər verir ki, Olimpiya Kompleksində keçirilən yarışın ilk günündə sərbəst güləş növündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarış ilk dəfə Astarada təşkil edilir. Bu gün sərbəst güləş növündə digər çəki dərəcələrində ən güclülər məlum olacaq. Aprelin 17-18-də yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Aprelin 19-da isə U-15 və U-17 yaş qruplarında qızlar xalça üzərinə çıxacaqlar.
Ölkə birinciliyini milli dərəcəli hakimlərə yanaşı, Türkiyə, İran və Gürcüstandan dəvət edilmiş ədalət təmsilçiləri də idarə edirlər.
45 kq
1. Ömər Usubov (Gəncə, AHİTA)
2. Sadiq İsmayılov (Abşeron, "Neftçi")
3. Rəsul Məmmədov (Qəbələ)
3. Musa Tağıyev (Gəncə, "Neftçi")
51 kq
1. Ramal Mirhüseynov (Lənkəran)
2. Samid Hüseynov (Gəncə, Təhsil-1)
3. Asim Məmmədzadə (AHİTA)
3. Hacıhüseyn Əhmədzadə (Neftçi)
60 kq
1. Həsən Həsənov (Gəncə, "Neftçi")
2. Rəşid Nazarov (ROİL, "Neftçi")
3. Ramal Məmmədoğlu (Gəncə, Təhsil-1)
3. Seymur Zeynalov (Gəncə, Təhsil-1)
71 kq
1. İsa Yusubov (Gəncə, Təhsil-1)
2. Nihad Abasov (Neftçi)
3. Rəşad Veysəlov (Qəbələ)
3. Əliəkbər Səfərov (Olimpsport)
92 kq
1. Səid Paşayev (Neftçi)
2. Amin Nəsibov (AHİTA, "Neftçi")
3. Nihad Quliyev (Şabran)
3. Fuad Quliyev (Sumqayıt)