"Qalatasaray" basketbol klubu Çempionlar Liqasının yarımfinalına yüksəlib. 

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar" 1/4 finalda Çexiyanın "Nimburk" komandasını üstələyiblər.

Bir həftə öncə səfərdən106:80 hesablı qələbə ilə dönən "Cim Bom" İstanbulda da rəqibinə şans verməyib - 90:74.

Maraqlıdır ki, "Qalatasaray" və "Nimburk" eyni qrupda mübarizə aparıblar. Həmin vaxt çexlər hər iki oyunda qalib gəliblər (87:75; 80:70).

Türkiyə təmsilçisi yarımfinalda "Tenerife" (İspaniya) - "Tortona" (İtaliya) cütünün qalibi ilə görüşəcək.