Azərbaycan Basketbol Liqasında (ABL) XIX turun iki oyunu bu gün keçirilib.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Sabah" növbəti qələbəsini qazanıb. "Bayquşlar" səfərdə "Gəncə"ni məğlubiyyətə uğradıb - 87:73.
"Abşeron Lions" və "Neftçi" komandaları arasında baş tutan matçda isə Erhan Tokerin komandası 107:86 hesablı qələbə qazanıb.
ABL, XIX tur
14 mart (şənbə)
14:00 "Gəncə" - "Sabah" 73:87 (15:28, 19:20, 23:16, 16:23)
Gəncə İdman Sarayı
17:00 "Abşeron Lions" - "Neftçi" 107:86 (21:30, 30:21, 27:19, 29:16)
Bakı İdman Sarayı


