Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması FIBA Çempionlar Kubokunda yarımfinala yüksəlib.

Offsideplus.az xəbər verir ki, milli komandamız qrup mərhələsinin son oyununda Ispaniya ilə qarşılaşıb.

Qızlar rəqibini 16:11 hesabı ilə məğlubiyyətə uğradıb.

Yığmamız bu nəticə ilə qrupunu ilk iki pillədə bitirməyi təmin edib

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.