"Mançester Siti"nin niderlandlı yarımmüdafiəçisi Tijani Reynders Səudiyyə Ərəbistanının "Əl-Qadsiyyə" klubuna keçməyə razılıq verib.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında şifahi razılıq əldə olunub və transfer məbləği 61 milyon avro təşkil edəcək.
Hazırda rəsmi sənədləşmə işləri aparılır və futbolçunun yaxın vaxtlarda tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına yola düşəcəyi gözlənilir.


