"Nottingem Forest" klubunun sahibi Evangelos Marinakis ötən mövsüm "Kristal Pelas" azarkeşləri tərəfindən açılan qalmaqallı pankarta görə London təmsilçisini böhtan iddiası ilə məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, "Everton"un keçmiş icraçı direktoru Kit Uayness bu addımı "böyük səhv" adlandırıb. O bildirib ki, məhkəmə iddiası baş verən qalmaqala daha çox diqqət cəlb edəcək və "Nottingem Forest"i yeni mövsümün hazırlıqlarından yayındıracaq.
Bu hadisə "Nottingem Forest" və "Kristal Pelas" klubları arasında davam edən gərginliyin növbəti mərhələsi kimi qiymətləndirilir.


