AFFA-nın yeni rəqəmsal məhsulu - "APL Fantasy" platformasına maraq sürətlə artır. Qeydiyyatdan keçən istifadəçilərin sayı artıq 10 000 nəfəri keçib. 

Offsideplus.az xəbər verir ki, platforma həm "Google Play", həm də "App Store"da Azərbaycanda "İdman" kateqoriyası üzrə 1-ci pilləyə yüksəlib.

Futbolsevərlərə virtual komanda quraraq mübarizə aparmaq imkanı yaradan layihənin ilk uğurları Misli Premyer Liqasının 2026/2027 mövsümünün başlaması ərəfəsinə təsadüf edir. Çempionat avqustun 14-də "Turan Tovuz" – "Qəbələ" oyunu ilə start götürəcək.

33 turdan ibarət mövsüm ərzində iştirakçıları həm hər turun və ayın nəticələrinə görə, həm də mövsümün yekununda dəyərli mükafatlar gözləyir. Layihənin əsas məqsədi ölkə futboluna olan marağı artırmaq və azarkeşlərə interaktiv təcrübə bəxş etməkdir.

APL Fantasy haqqında daha ətraflı məlumat əldə etmək və oyuna qoşulmaq üçün rəsmi platformadan istifadə edə bilərsiniz:

APL Fantasy: https://aplfantasy.az/

Instagram: https://www.instagram.com/aplfantasy

TikTok: https://www.tiktok.com/@aplfantasy

YouTube: https://www.youtube.com/@aplfantasy

Telegram: https://t.me/aplfantasyleague

Facebook: https://www.facebook.com/aplfantasy