"Milan" rəhbərliyi baş məşqçi Ruben Amorimin qərarından sonra dörd futbolçunu transferə çıxarmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "Sky Sport Italia"nın məlumatına görə, Amorim Kriştifer Nkunku, Fikayo Tomori, Yussuf Fofana və David Odoguya güvənmir. Baş məşqçi bu oyunçuların yay hazırlıq prosesində onu inandıra bilmədiyini bildirib. Bu xəbəri insayder Fabritsio Romano da təsdiqləyib.

Komandada Pervis Estupinyan, Filippo Terraccano və Santyago Ximenesin gələcəyi də qeyri-müəyyəndir.