"Portland Treyl Bleyzers" klubunun ev oyunlarını keçirdiyi "Moda Center" arenasının əsaslı təmiri üçün şəhər şurası 120 milyon dollar vəsait ayırıb. Bu addım klubla yeni icarə müqaviləsinin uzadılması istiqamətində mühüm mərhələ hesab olunur.
Offsideplus.az xəbər verir ki, yeni sənədə əsasən, "Treyl Bleyzers" hər il təxminən 3,1 milyon dollar icarə haqqı ödəyəcək. Qərar komandanın şəhərdə qalacağına tam zəmanət verməsə də, tərəflər arasında yeni müqavilə üzrə 4,5 aylıq danışıqlar dövrünü başlayır. Son qərarla birlikdə arenanın yenilənməsi üçün ştat, şəhər və dairə tərəfindən ayrılan ümumi vəsait 573 milyon dolları ötüb. Əlavə 365 milyon dollar vəsaitin əldə olunması üçün isə tərəflər 31 dekabradək yekun razılığa gəlməlidirlər. Hazırda "Treyl Bleyzers"in "Moda Center"lə müqaviləsi 2030-cu ilin oktyabrına qədər qüvvədədir. Klub və şəhər rəhbərliyi müqavilənin daha 20 il uzadılmasını müzakirə edir, lakin bəzi məqamlar üzrə fikir ayrılıqları qalır. Klubun sahibi Tom Dandon təşkilatın yenidənqurma işlərinin maliyyələşdirilməsində iştirak etməməli olduğunu bildirib. Klub prezidenti Duen Henkinz isə Portlandı biznes üçün çətin bazar adlandırıb. Mübahisəli məsələlərdən biri də arenanın "birinci dərəcəli arena" statusunda saxlanılması öhdəliyidir. "Treyl Bleyzers" bu bəndin müqavilədən çıxarılmasını istəyir, lakin şəhər rəhbərliyi buna razılıq vermir. Qeyd edək ki, 1995-ci ildə açılan "Moda Center" NBA-də indiyədək əsaslı təmir görməyən yeganə arenadır.


