İspaniya Superkubokunun 2027-ci ildə Türkiyədə baş tutacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası rəsmi məlumat yayıb.

Turnir 2-7 fevral tarixlərində İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcək.

2027-ci ildə Superkubokda "Real Madrid", "Barselona", "Real Sosyedad" və "Atletiko Madrid" iştirak edəcək.

Qeyd edək ki, turnir 2020-ci ildən bəri Səudiyyə Ərəbistanında keçirilirdi. Lakin 2027-ci ilin qışında həmin ölkədə Asiya Kuboku təşkil olunacağı üçün yarışın məkanı dəyişdirilib.