"Barselona" rəhbərliyi Rodri üçün "Mançester Siti" ilə danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in mübarizədən kənarlaşması ilə, katalonlar hazırda danışıqlar aparan yeganə klubdur.
Kataloniya təmsilçisi ispaniyalı ulduz üçün Mançester klubuna 60 milyon avro və əlavə bonuslar təklif etsə də, bu təklif rədd edilib.
"Mançester Siti" rəhbərliyi 30 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir və bu məbləğdən aşağı gəlmək niyyətində deyil. İki klub arasında danışıqlar davam edir.


