"Barselona" "Leypsiq"in mərkəz müdafiəçisi Kastello Lukebanı yenidən transfer siyahısına salıb.
Offsideplus.az xəbər verir ki, solaxay müdafiəçi həm idman direktoru Dekunun, həm də baş məşqçi Hansi Flikin bəyəndiyi futbolçular arasındadır. Məlumata görə, Kataloniya təmsilçisi artıq oyunçunun mövcud durumu və qiyməti ilə maraqlanmaq üçün "Leypsiq" rəhbərliyi ilə əlaqə saxlayıb.
Ronald Arauxonun komandadan ayrılmasından sonra bu transfer daha ciddi xarakter ala bilər. Xüsusilə Jül Kunde də komandanı tərk edərsə, "Barselona" fransalı müdafiəçinin keçidini sürətləndirmək niyyətindədir.


