İspaniyanın "Elçe" klubu "Barselona"nın gənc müdafiəçisi Hektor Fortun keçidini tamamilə gündəmdən çıxarıb.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flikin planlarına daxil deyil.

"Barselona" gənc müdafiəçi ilə tam yolları ayırmaq və onun transferini həyata keçirmək istəsə də, klubun tələb etdiyi qiymət bu keçidi mürəkkəbləşdirir.

Məhz bu səbəbdən "Elçe" müdafiəçinin transferindən tamamilə əl çəkib.