"Qalatasaray" "Arsenal"ın futbolçusu Qabriel Martinellini transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" braziliyalı vinger üçün 45 milyon avro ödəməyə hazırdır.

Bu barədə insayder Florian Plattenberq məlumat yayıb.

"Arsenal"ın bu təklifə cavabı gözlənilir.

Martinelli hazırda "Qalatasaray" rəhbərliyinin əsas hədəfidir.