"Los Anceles Leykers"in sahibi yenidən dəyişə bilər. 

Offsideplus.az xəbər verir ki, klubun Mark Volterdən amerikalı iş adamı Coş Kuşner və "Disney"in keçmiş baş direktoru Bob Ayqerə satılması gündəmdədir. Razılaşmanın dəyəri 12 milyard dolları keçə bilər ki, bu da idman tarixində yeni rekord olacaq.

M. Volter "Leykers"in nəzarətini 2025-ci ilin oktyabrında "Bass" ailəsindən almışdı və o zaman klubun dəyəri 10 milyard dollar qiymətləndirilmişdi. Əgər yeni satış baş tutarsa, "Leykers"in dəyəri bir il ərzində ən azı 2 milyard dollar artmış olacaq. Kuşner və Ayqer birgə bəyanatlarında bildiriblər:

"NBA-nın uzunmüddətli azarkeşləri olaraq, dünyanın ən nüfuzlu idman klublarından birinin yeni sahibləri olmaq bizim üçün böyük şərəfdir. Cerri və Cini Bassın rəhbərliyinə və baxışına dərin hörmətlə yanaşırıq. Uzunmüddətli məqsədimiz onların qurduğu təməli davam etdirmək, ən yüksək səviyyədə qələbələr uğrunda mübarizə aparmaq və bu möhtəşəm komandaya, azarkeşlərinə və Los Anceles şəhərinə xidmət etməkdir".