“Qarabağ” ilk oyunda uduzsa da, “Dinamo” yarılmayacaq rəqib deyil”.

Bu sözləri Füzuli Məmmədov “Qarabağ”ın sabahkı oyunu haqda fikirlərini bölüşərkən Offsideplus.az-a deyib: 

“Qarabağ” səfərdə heç də pis oynamamışdı. Rəqib ilk 15-20 dəqiqədə daha strukturlu müdafiə olunub, hücuma çıxırdı. Daha sonra geriyə çox fokuslanırdılar. Müdafiədə az səhv etsələr də, “Qarabağ”ın 2-3 dənə 100 faizlik qol epizodu var idi. Bu hücumlar qolla nəticələnsəydi, “Qarabağ” səfərdən qalib də qayıda bilərdi. Təmsilçimiz ilk oyunda uduzsa da, “Dinamo” yarılmayacaq rəqib deyil. Rəqib təhlil edilib. Necə müdafiə və hücum edəcəklərini bilirlər. Oyunçuların fərdi keyfiyyətləri təhlil edilib. Doğma meydan və azarkeş amili də “Qarabağ”ın xeyrinə olacaq. “Dinamo” əvvəlki “Dinamo” olmasa da, gənc kollektivdirlər və yaxşı müdafiə olurlar. Mən məşqçi kimi düşünürəm ki, sabah sevinən tərəf “Qarabağ” olacaq. Fürsətdən istifadə edib onlara uğurlar arzu edirəm. “Qarabağ”ın mərhələ adlayacağına inanırıq”.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" (Kiyev) oyunu sabah, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.