A Seriyası təmsilçisi "Komo" "Fiorentina"nın hücumçusu Moiz Kinin transferində israrlıdır.
Offsideplus.az xəbər verir ki, İtaliya klubunun gənc hücumçu üçün tezliklə "Fiorentina" rəhbərliyi ilə yeni danışıqlara başlayacağı bildirilir.
"Komo"nun baş məşqçisi Sesk Fabreqas italyan forvardın xidmətində şəxsən maraqlıdır. Transfer qiyməti və şərtlər üstündə danışıqlar mürəkkəb keçsə də, "Komo" keçidi həyata keçirmək üçün bütün imkanları səfərbər edəcək.


