"Milan" rəhbərliyi Rafael Leaonun transferi ilə bağlı "Qalatasaray"dan gələn təklifi bir daha rədd edib.
Offsideplus.az xəbər verir ki, Türkiyə təmsilçisi portuqaliyalı cinah hücumçusu üçün 40 milyon avro təklif edib. Lakin İtaliya təmsilçisi oyunçunu bu məbləğə buraxmaqdan imtina edib və yalnız 50 milyon avrodan aşağı qiymətə satmayacağını bildirib.
Məlumata görə, "Qalatasaray" rəsmiləri futbolçunun agentləri ilə də danışıqlar aparıb.
Rafael Leao ötən mövsüm A Seriyasında 29 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.


