"Bizim Valdas da həmişə deyir ki, əsas bizim oyunumuzdur”.

Bu sözləri “Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov Offsideplus.az-a açıqlamasında bildirib. 

26 yaşlı müdafiəçi oyun haqqında bunları deyib:

“Niyyətimiz və məqsədimiz Çempionlar Liqasının liqa mərhələsində iştirak etməkdir. Çox yaxşı oynadıq. Bizim Valdas da həmişə deyir ki, əsas bizim oyunumuzdur, rəqibin yox. Öz oyunumuzu göstərə bilsək, qarşımızdakı rəqibin adı, kimliyi fərq etməyəcək. Şükür ki, yaxşı oynadıq, layiqli qələbə qazandıq. Yuxarıdan aşağı baxmırdıq, amma öz gücümüzə inanırdıq”.

“Bir hissədə 4 qol vurmağı gözləyirdiz?” sualına Azərbaycan yığmasının üzvü belə cavab verib:

“Sözün açığı, gözləmirdik. Fürsətlərdən yaxşı istifadə etdik. Əsas olan birinci qolu vurduq, ardı gəldi. Şükür ki, qələbə qazandıq. Xalqımızın önündə qələbə qazandıq - bu çox sevindirici haldır”.

Daşdəmirov iki oyunun müqayisəsini belə edib:

“Səfərdəki oyun daha ağır idi. Yaxşı azarkeşləri, dəstəkləri var idi. Bu onlara inam verirdi. Biz də yaxşı nəticə qazandıq, böyük hesabla məğlub olmadıq”.

O, növbəti rəqib “Hapoel Ber-Şeva” ilə bağlı isə bunları söyləyib:

“Fikirlərimi indi deyə bilmərəm. Çünki rəqib çox yaxşıdır. İnşallah, analiz edib, hazırlaşacağıq”.