Enso Fernandesin "Çelsi"dən transferi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.

Offsideplus.az xəbər verir ki, argentinalı jurnalist Sesar Luis Merlo "Mançester Siti"nin "Çelsi"yə yarımmüdafiəçi üçün 120 milyon avro (102,5 milyon funt sterlinq) təklif etdiyini bildirib. London klubunun bu təklifə cavabı hələlik məlum deyil.

Digər tərəfdən, transfer üzrə mütəxəssis Fabritsio Romano qeyd edib ki, "Çelsi" Enso Fernandeslə bağlı rəsmi təklif almayıb. Onun sözlərinə görə, bu məlumat Britaniya vaxtı ilə saat 16:00-a (Bakı vaxtı ilə 19:00) olan vəziyyəti əhatə edir və transfer üçün son müddətə 25 saat qalıb.