Serbiya milli komandası qarşıdakı FIBA Dünya Kubokunun seçmə oyunlarına hazırlıqlara başlayıb. Baş məşqçi Duşan Alimpijeviç heyətdəki bir neçə əsas oyunçunun yoxluğunu şərh edib.
Offsideplus.az xəbər verir ki, Alimpijeviç Vasilije Miçiç, Bogdan Bogdanoviç, Filip Petrusev və Boqolyub Markoviçin klublarından icazə ala bilmədikləri üçün milliyə qoşula bilmədiklərini bildirib. Onun sözlərinə görə, Bogdanoviçin özü oynamaq istəsə də, klubu qarşıdakı mövsümə hazırlıq məqsədilə onun milliyə qatılmasına razılıq verməyib. Petrusevin də Dubay klubundan buraxılmaması onun hələ də bərpa prosesində olması ilə əlaqədardır. Markoviç isə NBA ilə yeni müqavilə imzaladığı üçün klubu onu nəzarətdə saxlamağa üstünlük verib. Nikola Topiç isə səhhəti ilə bağlı bu pəncərələrdə iştirak edə bilməyəcək.
Alimpijeviç əlavə edib ki, istedadlı Nikola Kusturica da ilkin heyətə daxil edilsə də, UCLA universitetindən icazə ala bilmədiyi üçün milliyə qoşula bilməyib. Baş məşqçi bildirib ki, bu, federasiya ilə universitet arasında heç bir problem yaratmayıb və sadəcə kollec qaydalarına uyğun qərardır.


