"Ordu" voleybol klubu heyətini Polşa milli komandasının keçmiş kapitanı Mixal Kubyak ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli voleybolçu ilə növbəti mövsümün sonunadək müqavilə bağlanıb.
M.Kubyak zəngin karyerası ərzində müxtəlif beynəlxalq yarışlarda bir çox titullara, eləcə də fərdi mükafatlara sahib çıxıb.
Qeyd edək ki, polşalı idmançı yığmasının heyətində 2014 və 2018-ci illərdə dünya çempionluğu sevinci yaşayıb.


