İspaniya millisinin və "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamal 19 yaşını təmtəraqlı ziyafətlə qeyd edib.

Offsideplus.az xəbər verir ki, futbolçunun ad günü 13 iyulda olsa da, həmin vaxt o, İspaniya yığması ilə DÇ-2026-da iştirak edirdi. Bu həftə Yamal Barselona yaxınlığında yerləşən tarixi Mas de Sant Llei malikanəsində özünə məxsus tədbir təşkil edib.

Ziyafət üçün seçilən malikanə 40 hektardan çox ərazini əhatə edir, qədim ağaclar, süni göl və şəxsi helikopter meydançası ilə fərqlənir. Adətən burada toylar və məxfi tədbirlər keçirilir.

Ötən il 200 nəfərlik səs-küylü ad günü məclisindən fərqli olaraq, bu dəfə Yamal dəvətlilərin sayını 100 nəfərlə məhdudlaşdırıb. Qonaqlar arasında müğənni Bad Gyal, aktrisa Dulseida (Alba Pol), eləcə də futbolçular Qavi, Erik Qarsiya və Rafinya yer alıb.