Avroliqa rəhbərliyi 2027/28 mövsümündən etibarən turnirin formatında ciddi dəyişikliklər etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, növbəti mövsüm indiki 20 komandalı və dairəvi sistem üzrə keçiriləcək sonuncu il olacaq.
"Olimpiya Milano"nun baş meneceri Xristos Stavropulos liqanın gələcək planları barədə danışıb.
Onun sözlərinə görə, 2027/28 mövsümündən etibarən komandaların sayı artırılacaq və turnir konfranslar üzrə təşkil olunacaq. Bu sistemdə bəzi klublar bütün rəqiblərlə iki dəfə qarşılaşmayacaq.
Stavropulos bildirib ki, format dəyişsə də, əsas prioritet turnirin yüksək keyfiyyətinin qorunması olacaq.


