Belçika millisinin üzvü Jeremi Doku "Mançester Siti" ilə müqaviləsini yeniləyib.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusunun yeni sözləşməsi 2031-ci ilə qədər qüvvədə olacaq.

Doku 2023-cü ildən "Mançester Siti"nin heyətində çıxış edir.

O, ötən Premyer Liqa mövsümündə 30 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.