Fransanın PSJ klubu "Ayaks"ın 21 yaşlı belçikalı cinah hücumçusu Mika Qodtsun transferi üçün təklifini artırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi asanlıqla əldə oluna bilən bonuslar da daxil olmaqla, təklif edəcəyi məbləği 50 milyon avrodan yuxarı qaldıracaq.

İlkin olaraq 60 milyon avro tələb edən "Ayaks" rəhbərliyi artıq danışıqlara müsbət yanaşır.

Tərəflər bonuslar daxil olmaqla ümumilikdə 55-58 milyon avro civarında transfer qiymətini real qiymətləndirir və rəsmi razılığın yaxın vaxtda əldə olunacağı gözlənilir.