“Komanda üçün nə yaxşıdırsa, o da olsun”
Bunu Offsideplus.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılov deyib.
O, komandanın yeni baş məşqçisi olan Andrey Demçenkonun təyinatına münasibət bildirib:
"Andrey Demçenko təcrübəli məşqçidir. Kifayət qədər yaxşı klublarda çalışıb. Ümid edirəm ki, komandamız üçün uğurlu olacaq. Hamı onu tərifləyir. Uşaqlardan da soruşdum, özüm kənar adamlardan da maraqlandım. Deyilənə görə, çox səmimi, sadə başını aşağı salıb işini görən adamdır. Uğur da hər kəs başını aşağı salıb öz işi ilə məşğul olanda qazanılır. Biz də yaxşı nəticələr arzulayırıq. Məşqçinin kim olmasından asılı olmayaraq əsas odur ki, komandaya düşərli olsun. Bizim hədəfimiz avrokuboklara çıxmaqdır. Məşqçi də bunu reallaşdırmaq üçün buradadır”.
Qeyd edək "Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri italiyalı Rikkardo De Vivo, Cəmaləddin Əliyev, Vadar Nuriyev və Əfran İsmayılovdur.



