"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində "Ayaks"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, bu oyun Azərbaycan və Niderland klublarının 6-cı dueli olacaq.

Niderland təmsilçiləri ilə qarşılaşan yeganə Azərbaycan klubu "Qarabağ"dır.

İlk randevu 2009/10 mövsümündə gerçəkləşib. Rəqib "Tvente" idi. Bu, eyni zamanda "Qarabağ"ın avrokuboklarda ilk dəfə 2 mərhələ keçdiyi mövsüm idi.

Lakin burada güclü "Tvente" olub. Onlar evində 3:1 hesabı ilə qələbə qazanıb. Bakıda isə qapılara qol vurulmayıb.

İkinci randevu beş il sonra gerçəkləşib. Yenə eyni rəqib ilə - "Tvente" ilə.

Bu dəfə isə ssenari fərqli olub. "Qarabağ" səfərdə vurduğu qolun hesabına (0:0, 1:1) tarixində ilk dəfə avrokubokların qrup mərhələsində iştirak etmək üçün vəsiqə qazanıb.

Növbəti dəfə bu ölkənin təmsilçiləri 10 il sonra üz-üzə gəlib.

Niderlandın ən nəhəng klubu Azərbaycana təşrif edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bir il sonra "Ayaks" yenidən Bakıya gəlib. Bu dəfə favorit "Qarabağ"dır. Bu görüş ümumilikdə iki ölkə klubları arasında 6-cı duel kimi tarixə düşəcək.

İndiyə qədər Niderland klublarını məğlub edə bilməmişik. Bu dəfə alınacaqmı?