“Bu oyun pley-offa çıxmaq üçün ən real şansdır”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “köhlən atlar”ın sabiq futbolçusu Əfran İsmayılov deyib.

37 yaşlı keçmiş yarımmüdafiəçi “Qarabağ”ın UEFA Çempionlar Liqası liqa mərhələsinin 6-cı turunda “Ayaks”a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb: “Öz meydanımızda oynayırıq. Əgər bu matçda 3 xal qazansaq, pley-offa çıxmaq şansımızı 60-70 faiz artıracağıq. Bildiyiniz kimi, “Qarabağ”ın öz oyun sistemi var. İnanıram ki, yenə layiqli qələbə qazanacaqlar”.

İsmayılov rəqibin təcrübəli olduğunu vurğulayıb:

"Ayaks" köklü komandalardan biridir. Son dövrlərdə formada olmasa da, onlara ciddi yanaşmaq lazımdır. Yetəri qədər keyfiyyətli oyunçuları var. Üstəlik, son çempionat oyununda qələbə qazanıblar. Məncə, ‘Qarabağ’ yenə öndə pressinq edib, qol vurmağa çalışacaq. Ancaq müdafiədə də diqqətli olmaq lazımdır ki, əks hücumlar zamanı boşluqlar yaranmasın. İnanıram ki, stadion tamamilə dolacaq. Azarkeşlərin önündə oynamaq isə başqa motivasiyadır. ‘Qarabağ’ tarix yaza-yaza gedir. Pley-offa da çıxsaq, bu, yeni bir tarix olacaq. Qurban müəllim nəyi, necə etmək lazım olduğunu çox yaxşı bilir. İnanıram ki, bu oyunda da qələbə bizim olacaq’”.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.