UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə (İtaliya) qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina məşqlərə start verib.

Bu barədə Offsideplus.az saytına açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

O, Medinanın hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, "Qarabağ"ın  "Napoli" ilə qarşı keçirdiyi oyunda rəqib komandanın üzvü Skott Maktomineyin 51-ci dəqiqədə qapıya vurduğu top Medinanın üzünə dəymişdə və nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılmışdı.