Azərbaycan Kubokunun finalı üzrə "Qarabağ" - "Zirə" oyunundan sonra Filipe Paxtman Offsideplus.az-a müsahibə verib.
Zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan braziliyalı hücumçu komandasının avrokuboklara vəsiqə qazanması barədə təəssüratlarını bölüşüb:
"Məncə çox yaxşı komandamız var. Məşq etsək, yayda yaxşı hazırlaşsaq, avrokuboklarda da uğur qazana bilərik".
F.Paxtman gələcək karyerası barədə bu sözləri deyib:
"Hələ ki heç bir şey bəlli deyil. İndi zədəliyəm və istirahətə yollanacağıq. İstirahət günləri bitəndən sonra danışıqlar olacaq".19:10