Ölkəmizdə AZAL, "Turan Tovuz" və "Şüvəlan" kimi komandalarında çıxış etmiş Nuqzar Kvirtiyanın həyat yoldaşı İnna Kvirtiyanın sahibi olduğu "White City" klubu haqda məlumat vermişdik.

Yenidən akademiyanın durumu ilə maraqlanmaq üçün komandanın prezidenti olan İnna xanımla söhbətləşmək qərarına gəldik.

Azərbaycanda ilk qadın klub prezidentinin Offsideplus.az-a müsahibəsini təqdim edirik:

- İnna xanım, akademiyanın hazırkı durumu necədir?

- Şükürlər olsun, hazırda akademiyadakı işlərimiz yaxşı gedir. U-14 və U-15 Azərbaycan çempionatında iştirak edən oyunçulara istirahət vermişik. Məqsədimiz üçün mübarizə aparırıq.

- Akademiyanızda çıxış edən uşaqlara başqa klublardan təkliflər olur?

- Əlbəttə, bir çox oyunçularımızı izləyənlər var. Bu da bizim üçün sevindirici haldır. Əməyimizin bəhrəsini görürük.

271633635 4868970276488100 6308145846551118793 n

- Bəs yığmaya dəvət alan oyunçular olub?

- Bəli, Rail və Fuad U-15 milliyə çağrılmışdı.

- Hazırda akademiyanızda neçə məşqçi və uşaq var?

- Akademiyamız 5 məşqçi və 70 uşaqdan ibarətdir.

- Daha əvvəl sizinlə danışdığımız zaman bu akademiyanı müxtəlif yerlərdə açacağınızı demişdiz. Bununla bağlı planınız necədir?

- Hazırda Bakıda iki akademiyamız mövcüddur. Hazırda U-15 komandası çempionatda iştirak etməlidir, buna görə də komanda üçün yeni oyunçular seçirik.

- Rayonlarda seleksiya işləri aparırsınız?

- Hələ ki, yox. Hazırkı maliyyə durumumuz rayonlarda seleksiya işləri aparmağa imkan vermir. Hazırda Bakı və Sumqayıtda işlərimizi davam etdiririk. Ümid edirəm ki, yaxın gələcəkdə rayonlara da gedəcəyik.

271660812 4868970286488099 522191626316517695 n

- Belə çıxır ki, güclü maliyyə dəstəyiniz yoxdur?

- Hazırkı maliyyə durumu komandanı ayaqda saxlamağa kömək edir.

271592478 4868970279821433 2943442334425228701 n

- İş adamlarından sizə sponsorluq barədə kömək edən olurmu?

- Təkliflər var. İndi bunları da dəyərləndiririk.

Cavid Əliyev