“Məşqçi heyətinə, futbolçulara - bizdə işləyən hər kəsə təşəkkür edirəm. Andorra millisinə mənə göstərdiyi hörmətə görə minnətdaram. Uzaqda olsaq da, azarleşlər də mənə dəstək mesajları yazır”.
Bu sözləri ötən gün milli komanda ilə son oyununa çıxan Emin Mahmudov Offsideplus.az-a açıqlamasında deyib:
– Millidə əsas penalti vuran futbolçu sənsən. Meydandan çıxandan 4-5 dəqiqə sonra yığmamız penalti qazandı. Bunu görəndə məyus oldun?
– Komanda yoldaşlarım məndən çox məyus idi (gülür). Çox qol vurmağımın səbəbi qoldan ötrü çox dərinə getməmişəm. Qol lazım olan anda gəlir.
– Özündən sonra cavanlardan kapitan kimi görürsən?
– Bunu baş məşqçi daha yaxşı bilər. Mahir var, Toral var. Elvin də ola bilər. Amma ən real namizəd Mahirdir.
– Hazırkı heyətdə hansı futbolçu sənin qol rekordunu qıra bilər?
– Mahir yaxşı gedir, yaşı da imkan verir. Bilirsiz necə? Millidə çox oyun olmur. Əsas zədə olmasın, Toral da, Musa da, Renat da keçə bilər.


