Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov səfərdə Andorra yığması üzərində qazanılan 3:1 hesablı qələbədən sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis milli komanda karyerasını başa vuran kapitan Emin Mahmudovla vidalaşdıqları matçda gənclərin çıxışından və ümumi ilin nəticələrindən razı qaldığını bildirib:
"Qalib gəlmək istəyirdik. Eminin son oyunu idi, onu yaxşı yola salmaq istəyirdik. Gənclər oynadı, özlərini yaxşı tərəfdən göstərdi. İstədiyimiz oyuna yaxınlaşırıq. Bu il cəmi 1 dəfə məğlub olduq. 1 qol buraxdıq, o da penaltidən. Bu gün rahat idik. Andorra Lixtenşteyndən güclü olsa da, o oyunda daha çox təzyiq var idi."
Qarşılaşmanın 2-ci dəqiqəsində hesabı açaraq milli komandamızın tarixinə düşən gənc futbolçu Eş
"Eşqinə görə sevinirəm. U-21-də mütəmadi oynayan futbolçudur. "Qəbələ"ni təbrik edirik ki, gənclərə şans verirlər. Sağ cinahdan gileylənirdik. Eşqin bu gün "mən varam" dedi."


