İngiltərə millisinin yarımmüdafiəçisi Deklən Rays gələcək illərdə də "Arsenal"ın formasını geyinməyə davam edəcək.

Offsideplus.az xəbər verir ki, Rays London klubu ilə yeni beşillik müqavilə barədə razılıq əldə edib. Müqavilənin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.

Bundan əvvəl yayılan məlumatlara görə, Deklən Rays "Arsenal"da ən yüksək maaş alan futbolçulardan biri olacaq. O, indiyədək klubun heyətində 173 oyunda 22 qol vurub.