Braziliyalı müdafiəçi Karlos Auqustonun "İnter"lə yeni müqavilə imzalaması gözlənilir.

Offsideplus.az xəbər verir ki, tərəflər 2031-ci ilə qədər qüvvədə olacaq yeni razılaşma üçün şifahi razılığa yaxınlaşıb. Hazırda futbolçunun "İnter"lə müqaviləsi 2028-ci ilin iyununda başa çatır.

Karlos Auqusto cari A Seriyası mövsümündə 9 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.