“Kəpəz” yeni mövsümə hazırlıqlarını davam etdirir. 

Komandanın kapitanı Əli Səmədov hazırlıq prosesinin necə getdiyi və yeni gələn futbolçularla bağlı Offsideplus.az-a açıqlama verib: 

“Taktiki və fiziki hazırlıq keçmişik. Ağır məşqlər oldu. İnşallah, bəhrəsini görərik. Komanda daxili ab-hava normaldır. Hər kəs canla-başla iştirak edir. Yeni gələn oyunçularla bağlı da problem yoxdur. Hər kəs uyğunlaşıb. Məqsədimiz ailə ab-havası yaratmaqdır, ona da nail oluruq. Yeni gələnlər də bunu görür, hiss edir”.

Kapitan yenidən ev oyunlarını doğma Gəncədə keçirməkləri ilə bağlı isə bunları deyib:

“Möhtəşəm stadionumuz var. Azərbaycanda ən möhtəşəm stadionlardan biridir, bəlkə də birincisidir. Bu amil bizə əlavə güc və motivasiya verir. Doğma azarkeşlərimizin önündə daha yaxşı mübarizə apara bilərik”.

“Kəpəz”in yeni mövsümdə hədəfi nə olacaq?” sualına Səmədov belə cavab verib:

“Məqsədimiz bacardığımız qədər yüksək pillələr uğrunda mübarizə olacaq. Durumumuza uyğun əlimizdən gələni etməyə çalışacağıq”.