“Neftçi” növbəti transferini reallaşdırmaq üçün danışıqlar aparır.
Offsideplus.az-a daxil olan məlumata görə “ağ-qaralar” Giorgos Malekkidisi heyətinə qatmaqda maraqlıdır. 28 yaşlı futbolçu “Apollon”un şərəfini qoruyur.
Kiprli futbolçu universallığı ilə seçilir. Müdafiənin mərkəzində və sol cinahında oynaya bilən Malekkidis lateral kimi oynamağı da bacarır.
Qeyd edək ki, "Tranfermarkt" portalına görə, onun dəyəri 600 min avrodur.


