“Sabah”ın futbolçusu Umarali Raxmonaliyevdən xəbər var.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi Özbəkistan millisinin DÇ-2026 üçün yekun heyətinə çağırılmasa da, düşərgəsindədir. Belə ki, ötən gün Niderland millisinə qarşı yoldaşlıq görüşündə ehtiyatda olub. Yəni, məşq edir, təlim-məşq toplanışındadır.
Məsələni araşdırdıq, məlum oldu ki, bu gözlənilən hadisədir. Çünki Umarali təsdiqlənən yekun heyətdə yer almasa da, ilk oyunun start heyətinə 24 saat qalmışa qədər komanda yoldaşlarından zədələnən, xəstələnən olsa, sifariş ediləcək. Dünya praktikasında da əvvəllər belə durumlar yaşanıb.
Qeyd edək ki, mundialda debüt edəcək Özbəkistan millisi K qrupunda yer alıb, Kolumbiya, Portuqaliya və Konqoya qarşı mübarizə aparacaq.


