Bakı mənim ikinci evim olaraq qalacaq”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Sabah”la yollarını ayıran Boyan Letiç deyib.


33 yaşlı müdafiəçi sabiq komandasındakı çıxışını dəyərləndirib:

“Hər məşqdə, hər oyunda əlimdən gələni etdim. Buna dəyər verən insanların olması məni çox sevindirir. Həyatımın ‘Sabah’ dövrü ürəyimdə xüsusi bir xatirə kimi qalacaq. Orada keçirdiyim xoş günləri hər zaman xatırlayacağam. Ümid edirəm ki, gələcəkdə "Sabah" klubuna və Bakıya yenidən baş çəkmək imkanım olacaq. Bu klubun mənim üçün xüsusi yeri var”.

Letiç Azərbaycan çempionatında karyerasını davam etdirmək ehtimalı ilə bağlı suala isə belə cavab verib:

“Hər şey hansı klub olmasından və şərtlərdən asılıdır”.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından “Sabah”ın formasını geyinən Boyan Letiç komandanın heyətində ümumilikdə 125 oyun keçirib. O, həmçinin “bayquşlar”ın avrokuboklarda ilk qolunun müəllifidir.