Parisin ev sahibliyi etdiyi Yay Paralimpiya Oyunlarında, 80 kq çəki dərəcəsində döyüşən parataekvondoçumuz Əbülfəz Abuzərli, 1/4 final mərhələsində yarışa vida edib.

Offsideplus.az xəbərinə görə, K44 kateqoriyasında mübarizə aparan təmsilçimiz, meksikalı rəqibi Luis Najera ilə qarşılaşmada 3:6 hesabı ilə məğlub olub.

Bu məğlubiyyətə baxmayaraq, Əbülfəz Abuzərli təsəlliverici mərhələdə bir daha rinqə çıxacaq. O, növbəti görüşündə serbiyalı Nikola Spayiçlə qarşılaşacaq.

Qarşılaşma saat 19:00-da baş tutacaq.

.