Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün dörd Azərbaycanlı idmançı yarışlara qatılacaq.

Offsideplus.az xəbər verir ki, paraüzgüçümüz Raman Saley S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzərək medala iddialıdır. Bu kateqoriyadakı təsnifat yarışları saat 11:30-da, final mərhələsi isə 19:30-da başlanacaq. Digər idmançımız Könül Süleymanova S2 kateqoriyasında 50 metr məsafəyə arxası üstə üzmə yarışında iştirak edəcək. Onun yarışları üçün təsnifat mərhələsi saat 13:09-da, final isə saat 21:50-də baş tutacaq.

Parataekvondo üzrə ölkəmizi təmsil edən Əbülfəz Abuzərli (80 kq) K44 kateqoriyasında qüvvəsini sınayacaq. Onun təsnifat yarışları saat 12:00-dan 16:30-dək davam edəcək, final mərhələsi isə saat 19:00-dan 23:30-a qədər keçiriləcək.

Paraatıcılıq yarışlarında iştirak edən Aybəniz Babayeva isə P2 kateqoriyasında 10 metr məsafəyə atəş açma üzrə yarışacaq. Bu yarışların təsnifatı saat 14:00-da, finalı isə 16:45-də başlayacaq.