Parataekvondoçu Sabir Zeynalov Azərbaycan paralimpiya tarixində yeni bir səhifə açıb.

Offsideplus.az xəbər verir ki, 19 yaşlı idmançı 58 kiloqram çəki dərəcəsində çıxış edərək “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmaqla bu uğura imza atıb.

K44 kateqoriyasında mübarizə aparan Zeynalov, paralimpiadanı üçüncü yerdə tamamlayıb. Buna qədər heç bir Azərbaycan parataekvondoçusu bu mötəbər yarışda medal qazana bilməmişdi. S.Zeynalov, oyunlarda mükafat qazanan ilk idmançımız olaraq tarixə düşüb.