Pakistana 40 il sonra Olimpiya qızılı qazandıran Arşad Nadim terrorist qrupu "Laşkar-e-Taiba"nın üzvü Muhammad Harris Dar ilə birlikdə görüntülənib. 

Offsideplus.az xəbər verir ki, Dar viral olan videoda Nadimə nailiyyətinin müsəlman dünyasını qürurlandırdığını deyib. 

Muhammad Harris Dar Mili Müsəlman Liqası siyasi partiyasının birgə katibidir. Həmin partiya "Laşkar-e-Taiba" terror qrupunun yaradıcılarından olan Hafiz Saed tərəfindən qurulub.

Qeyd edək ki, Nadim nizə atma idman növündə Olimpiya çempionu olub.