Paracüdo üzrə milli komandamızın avqustun 12-dən 24-dək Zaqatalada təlim-məşq toplanışı olacaq.
Offsideplus.az xəbər verir ki, proses Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Paralimpiadada ölkəmizi 3 paracüdoçumuz - Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kq) təmsil edəcək.