"Fənərbağça" klubu yay transfer pəncərəsində bəzi satışlar həyata keçirərək, qazanc əldə etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" 2 oyunçunun satışından ən azı 50 milyon avro gəlir toplamaq istəyir.
Sözügedən oyunçular İrfan Can Kahveci və Fərdi Kadıoğludur.
Bu barədə "Fotomaç" məlumat yayıb.