"Oyun gözlədiyimiz kimi keçdi".
Offsideplus.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "İmişli" ilə qolsuz başa çatan matçdan sonra deyib.
O, sözlərinə belə davam edib:
"Fərqləndik, ancaq qol qeydə alınmadı. Üstünlük bizdə idi. Rəqibin müdafiəsini yarmağa çalışdırq. İkinci hissə daha sürətli alındı. Fərqlənmək üçün çox çalışdıq, ancaq alınmadı. Ümumi götürsək, ilk dövrədən razıyam. Çox itkilərimiz var. Junior Martins bu gün cəzalı idi. Ümid edirəm, qış fasiləsindən sonra belə problemlər yaşamarıq. İki turdur yaxşı oynayırıq. Ancaq son nöqtəni qoymaqda problem yaşayırıq".
R. Sadıqov yanvarda transfer olub-olmayacağı sualına isə belə cavab verib:
"Büdcə yeni transferə imkan vermir. Rüsum da var. Əlavə ödəməyə gücümüz çatacaq, ya çatmayacaq bilmirəm".
O, Renatla heç bir danışıqları olmadığını bildirib:
"Renatın komandasından ayrılacağını sizdən eşitdim. Onunla heç bir söhbətim olmayıb. Yanvarda oyunçu transfer etmək asan deyil. Yerli futbolçu isə demək olar ki, yoxdur. Yaxşılarının hamısının klubu ilə müqaviləsi var"z



