Misli Premyer Liqasında XVI turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Karvan-Yevlax"ın qonağı olacaq.

Yevlax təmsilçisi uzun fasilədən sonra ötən tur xal qazanmağı bacarıb.

"Ağ-qaralar" isə son 5 oyunda qələbə qazana bilməyib.

Onlar Yuri Vernidubun rəhbərliyi altında ilk matçında "Sumqayıt"la heç-heçə edib - 2:2.

"Neftçi" 17 xalla 8-ci, "Karvan-Yevlax" isə 8 xalla sonuncu - 12-ci yerin sahibidir.

Misli Premyer Liqası, XVI tur

20 dekabr (şənbə)

14:00 “Karvan-Yevlax” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Yevlax şəhər stadionu