Azərbaycan Basketbol Liqasında (ABL) X turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün A qrupu üzrə iki qarşılaşma baş tutub. İlk olaraq "Şəki" "Gəncə"ni qəbul edib və 73:78 hesabı ilə uduzub. Görüş Şəki Olimpiya İdman Kompleksində baş tutub.
Turun mərkəzi qarşılaşması isə Bakı İdman Sarayında "Sabah" və "Abşeron Lions" komandaları arasında oynanılıb. Bu görüşdən Erhan Tokerin komandası 97:101 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - NTD oyunu ilə yekun vurulacaq.
ABL, X tur
A qrupu
"Şəki" - "Gəncə" 73:78 (22:22, 21:17, 20:21, 10:18)
"Sabah" - "Abşeron Lions" 97:101 (29:23, 21:21, 27:26, 20:31)


